Ölkə

Ceyhun Bayramov: "Son zəng"i arzuladığımız kimi keçirə bilməməyimiz bizi məyus edir

12 İyun 2020 13:04
Baxış: 1 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil naziri Ceyhun Bayramov "Son zəng"lə əlaqədar 11-ci sinif məzunlarına müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məzunları təbrik edən C.Bayramov müraciətində bildirib ki, məzunlar üçün unudlmaz olan "Son zəng"in arzuladığımız üçün keçirə bilməməyimiz bizi də məyus edir:

"Lakin bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır. Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir. Bu tədris ilinin ikinci yarımilindən doğma məktəblərindən, müəllimlərindən, müəllimlərimiz isə şagirdlərindən ayrı düşməli olublar. Məktəb hər bir şagird üçün ikinci evi qədər doğmadır. Lakin bizim müəllimlərin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss edilmədi. Pandemiya dövründə təhsil prosesinin fasiələsizliyini təmin etmək üçün səylərini əsirgəmədən fədakar çalışan müəllimlərə öz dərin təşəkkürümü bildirirəm. Onlar öz şəxsi qayğılarını unudaraq, evdən virtual dərslər keçməklə hər zaman şagirdlərin yanında oldular, onların təhsili naminə çalışdılar. Bu dövr valideynlər üçün bir sınaq oldu".

Qeyd edək ki, bu il pandemiya ilə əlaqədar "Son zəng" virtual şəkildə keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.