Ölkə

Bu iki gündə təcili yardım niyə gecikdi?

8 İyun 2020 13:56
1 Şərh     Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu iki gün ərzində baş ağrısı, diş ağrısına görə belə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət olunub.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva qapanma günlərində vətəndaşların "103"lə bağlı səsləndirdiyi şikayətlərə cavabında deyib.

Bildirib ki, Təcili Tibbi Yardım sutkalıq 2500-ə yaxın çağırış icra edib:  "Biz insanları əvvəlcədən məlumatlandırdıq ki, belə bir qapanma olacaq və apteklər belə fəaliyyət göstərməyəcək. Müəyyən dərmanlar alınıb evdə saxlanmalı idi. Belə çağırışların artması ilə də COVID-19 şübhəsi olan xəstələrə təcili yardım maşınları getməyi çatdırmayıb. Ancaq yenə də maksimum sayda çağırışlara gedilib.

Bundan başqa, fərdi nəqliyyat vasitəsi olmayan dializ xəstələrinin də xəstəxanalara aparılıb-gətirilməsi üçün ambulanslardan əlavə nəqliyyat təşkil olunub.

Bütün bunları nəzərə alaraq, ləngimələrin olduğunu təkzib eləmirik. Ümid edirik ki, növbəti mərhələdə vətəndaşlar daha yaxşı hazırlaşmış olacaq və adi məsələlər üçün təcili yardım maşınlarını məşğul etməyəcəklər". 

TƏBİB sözçüsü onu da qeyd edib ki, əgər növbəti qapanmalar olsa, insanlar həmin günlərdə necə davranmaq lazım olması ilə bağlı maarifləndiriləcək: "Vətəndaşlar da anlayışlı qarşılasınlar ki, sadəcə ağrıkəsicidən ötrü təcili yardımı çağırmaq olmaz. Daha ciddi xəstələr var və belə vəziyyətdə onlar üçün gecikmələr yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.