Ölkə

"Dünənə qədər bu qaydaya əməl etməyənlər görürəm ki, bu gündən artıq maska ilə gəzirlər"

1 İyun 2020 15:20
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün bütün dünya koronavirusla mübarizə aparır. Xalqımıza, doğmalarımıza, yaşlı insanlara görə hamımız narahatıq".

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahmov deyib.

Xalq artisti vəziyyətdən çıxıb, normal həyata qayıtmaq üçün bütün vətəndaşları qaydalara məsuliyyətlə əməl etməyə çağırıb:

"Burada daha çox yaşlı insanları, uşaqları qorumaq lazımdır. Əlbəttə ki, dövlətimizin vaxtında atdığı qabaqlayıcı addımlar nəticəsində şükür ki, başqa ölkələrlə müqayisədə bizdə itki az oldu. Hamımız bu gün istəyirik ki, normal həyata qayıdaq. Çünki artıq hava gözəl, təbiətin gözəl vaxtıdır. Biz nə qədər qaydalara əməl etsək, bu vəziyyətdən o qədər tez çıxa bilərik ki, hər kəs normal həyatına qayıtsın, hər kəs dənizə, təbiət qoynuna getsin. Ona görə də düşünürəm ki, xalqımızın hər bir nümayəndəsi ilk növbədə özünü, ətrafındakı insanları qorumalıdır. Bu, çox ciddi bir məsələdir. Hamımız görürük ki, ətrafımızda inanmayan insanlar çoxdur. Amma fakt budur ki, koronavirusa görə nə qədər insanlar xəstəxanalardadır, nə qədər insan itkimiz var. Ona görə də hər bir kəs diqqətli olmalıdır. Birinci növbədə sosial məsafəni gözləməlidirlər, maskalardan istifadə etməlidirlər".

Məşhur xanəndə maska taxmamağa görə cərimələrin tətbiqinə başlaması ilə qarşılaşdığı mənzərənin diqqətini çəkdiyini bildirib:

"Mən bu gün səhər-səhər də marketə getmişdim. Bu gündən artıq görürəm ki, insanlar maskadan istifadə etməyə başlayıblar. Amma dünənə qədər bu qaydaya əməl etmirdi əksəriyyəti. Bu gündən görürəm ki, həmin insanlar artıq maska ilə gəzirlər. Bu yaxşı haldır ki, insanlar artıq özlərini qorumağa başlayıblar. Hər birimiz bu qaydalara nə qədər çox riayət etsək, o qədər tez bu virusdan yaxa qurtara bilərik. Çünki hər birimizin ətrafında doğmalarımız var, əzizlərimiz var. Təbii ki, o insanlar bəlkə də gənc, cavan olduqlarına görə inanmırlar. Ola bilər, amma evində, ətrafındakı yaşlı insanları, uşaqları unutmamalıdırlar. 

Mənsum İbrahmov söhbətin sonunda xalqa müraciət ünvanlayıb:

"Əzizlərimiz, nə qədər özünüzə diqqət eləsəniz tezliklə bu vəziyyətdən çıxacağıq. O zaman hər kəs öz normal həyatına qayıdacaq. Biz hər kəsdən çox darıxırıq. Şəxsən biz sənət adamları olaraq həyatımız hər zaman çox gərgin keçir, yəni xarici ölkələrdə, səfərlərdə, konsertlərdə oluruq. Mən həm də Konservatoriyada müəlliməm. Biz onlayın dərs də keçirik, amma o canlı ünsiyyətlə keçirilən dərsin yerini, həmin effekti vermir. Biz onlayn konsert veririk, bunun nə qədər effekti ola bilər ki?! Biz öyrəşmişik tamaşaçı ilə canlı ünsiyyətə, istər Opera Teatrında, istər konsert zallarında. Ona görə düşünürəm ki, tezliklə bu virus qurtarsın ki, hər birimiz öz normal həyatımızda xalqımıza, mədəniyyətimizə xidmət edək. Heç birimiz istəmirik ki, xalqımızda itki sayı artsın. Bu, gözəgörünməyən düşməndir də. Amma bizim gözəgörünən bir düşmənimiz var. O da torpağımızı işğal edən mənfur qonşularımızdır. Ona görə də bu vəziyyətdən tez çıxmalıyıq ki, biz xalqımızla, ordumuzla gedib o gözəgörünən düşməni qovub torpağımızdan çıxartmalıyıq. O problemi biz dövlət olaraq, millət olaraq həll etməliyik".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.