Uçmaq üzrə olan bir əsrlik bina: Sakinlər təhlükədə - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Divarları uçub, taxtaları çürüyüb, bina qəzalı vəziyyətdədir. Bəli, paytaxtda bu cür istismara yararsız binalar hələ də var. Biz hazırda o binalardan birindəyik. Paytaxtın Nərimanov rayonu, Mirzəbala Məmmədzadə 10 ünvanındakı 4 mərtəbəli tikili. Burada sakinlər üçün yaşamaq çox çətindir, hətta təhlükəlidir".
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sakin: "Bura hər an uça bilər. Yavaş-yavaş uçmağa başlayır bəzi yerləri. Yaxşı ki, adam çox olmur deyə xəsarət alan olmur".
Sakin: "Kifayət qədər köhnə binadır. Burda yaşamaq mümkün deyil, qalmışıq burda çıxılmaz vəziyətdə".
Binanın üzərində 1929-cu ildə tikildiyinə dair yazı var. Amma sakinlər binanın ondan da əvvəl tikildiyini iddia edir. Bəli binanın azı 1 əsrə qədər yaşı var. Bina o qədər köhnədir ki, daşı daş üstə qalmır. Əlini hara vurursan, uçur-dağılır.
Sakin: "Burda yaşamaq çox çətindir. O qədər köhnəlib ki, hətta yuxarı mərtəbədə gəzəndə sirkələnmə hiss edirsən. Yəni 2-3 bal gücündə zəlzələ olsa, bu binalar uçacaq".
Sakinlər deyir ki, qəzalı binaların söküntüsünə rəy verilərkən, düzgün seçim edilmir. Yəni daha çox qəzalı vəziyətdə olan bina qalır, ondan uzun illər sonra tikilən və yaşayış üçün yararlı olan binalar sökülür.
Ekspertlər deyir ki, paytaxtda istismar müddəti bitən binalar nazirlər kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə sökülür. Bu zaman köhnə binanı sökən və təzə binanı da tikən özəl tikinti şirkəti olduğu üçün seçimi də o edir.
Elnur Fərzəliyev - Ekspert: "Tikinti şirkətləri daha çox həcmi kiçik ərazisi böyük olan binalara üstünlük verirlər. Həmin binanı sökərək yerində daha geniş bina tikərək daha çox gəlir əldə edirlər. Amma bir-birinə yaxın olan köhnə yaşayış binaları var ki, onu bugünki normativlərə uygun söküb yerində yeni bina tikmək özəl tikinti şirkətləri üçün səmərəli deyil. Hətta ordan zərərlə də çıxa bilərlər"
Ölkədə bayram tətili ilə əlaqədar qeyri-iş günləri olduğundan, mövzu ilə bağlı aiddiyəti qurumların mövqeyini öyrənə bilmədik.
Qeyd edək ki, bu günlərdə paytaxtın Nərimanov rayonunda yaşayış üçün yararsız vəziyyətdə olan 8 binanın sökülməsinə qərar verilib. Həmin köhnə tikililərin yerində yeni yaşayış binalarının inşası nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var





