Ölkə

Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ - FOTO

27 May 2020 13:27
Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, regionlarımızda avtobuslar və taksi minik avtomobillərinin salonlarında şəffaf arakəsmələrin quraşdırılması işi yekun mərhələsindədir:

"Regionlarda koronavirus epidemiyası əleyhinə zəruri tədbirlər barədə maarifləndirici və məlumat xarakterli aksiyalar davam edir. Sosial məsafənin qorunması, tibbi maskalardan və əlcəklərdən istifadə edilməsinin vacib olduğunu xatırladan məlumatlar dayanacaqlarda və avtobusların salonlarında sərnişinlərə təqdim edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbələri üzrə müfəttişləri sutkanın müxtəlif saatlarında dayanacaqlarda və avtobus salonlarında sərnişinləri lazım olduğu təqdirdə tibbi maskalarla təmin edirlər. Həmçinin şəffaf arakəsmələri olmayan taksi minik avtomobilləri ilə şəhərlərarası (narıncı zonaya daxil olan bölgələr istisna) sərnişin daşınmasına izn verilmir".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.