Ölkə

Muxtar Babayev: Ümumilikdə 50 tibb müəssisəsində əmələ gələn tibbi tullantılar zərərsizləşdirilib

21 May 2020 17:25
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxalarda əmələ gələn 2 min kubmetrdən çox təhlükəli tibbi tullantılar zərərsizləşdirilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tullantılar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılıb:

"Zərərsizləşdirilmə zamanı əmələ gəlmiş təqribən 40 kub metr kül tullantısı daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib:

"Bu işlər bu gün də davam etdirilir. Məlumat üçün bildirmək istərdim ki, respublikada təhlükəli tullantıların daşınması və utilizasiyası sahəsində ixtisaslaşmış özəl şirkətlər, bu işlərin həyata keçirilməsində bizə yaxından kömək edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.