Ölkə

Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - RƏSMİ CAVAB

20 May 2020 12:53
2 Şərh     Baxış: 8 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına, hələ ki, icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər.

Milli.Az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gediş-gəlişlə bağlı qadağa qüvvədədir:

"Amma növbəti günlərdə necə olacağını gözləmək lazımdır. Bu halda biz qərarı elan edəcəyik. Digər rayonlar arasında isə bilirsiniz ki, əhalinin gediş-gəlişi mümkündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.