Ölkə

“Nəsimi bazarı” tarixə qovuşur - Bazarın yerində nə tikilir? - RƏSMİ AÇIQLAMA

20 May 2020 10:43
12 Şərh     Baxış: 4 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının köhnə bazarlarından olan "Nəsimi bazarı"nın söküntüsünə başlanılıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, söküntü işləri artıq başlanılıb.

Qeyd edək ki, bazarın söküləcəyi barədə çoxdan məlumat verilmişdi. Lakin söküntü işlərinə gözlənilmədən başlanılıb.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.

Qurumun təsərrüfat şöbəsinin müdiri Qurban İsmayılov bildirib ki, "Nəsimi bazarı" pilot layihə çərçivəsində satılıb. Onun yerində yaşayış binası tikiləcək.

"Pilot layihə çərçivəsində tikinti işləri aparılacaq. Bazarın sahibi ilə razılaşandan sonra bina tikiləcək. Artıq ərazidə 3 bina tikilib, biri də bazarın yerində olacaq", - Qurban İsmayılov bildirib.

Xatırladaq ki, "Nəsimi bazarı" Bakının ən qədim kolxoz bazarlarından biri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.