Ölkə

Çimərliklər AÇILACAQ - Amma BU QAYDALARA RİAYƏT ETMƏLİSİNİZ

18 May 2020 17:45
0 Şərh     Baxış: 2 883
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Çimərliklər açılacaq".

Milli.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə BŞİH-nin başçısı Eldar Əzizov deyib.

O, çimərliklərin açılması üçün hazırlıqlar getdiyini bildirib:

"Çimərliklərlə bağlı qaydalar hazırlanır, komissiya yaradılıbdır. Bu yaxınlarda mətbuata xüsusi material təqdim olunacaq. Orada da sosial məsafə saxlamaq vacib bir məsələdir. Biz bu gün bu məsələni mütəxəssislərlə götür-qoy edirik. Ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın. Ona görə də elektron sistemdən istifadə etmək niyyətindəyik. Əgər bu proqram özünü doğrultsa vətəndaş evdən çıxmamışdan qabaq hansısa bir çimərlikdə özlərinə hansısa bir yer sifariş edə bilər və bu yer artıq onun yeridir, onu gözləyir. Mütəxəssislər təklifləri hazırlayırlar. Əks halda, yüz nəfərlik çimərlikə 200 nəfər gələ bilər. Ona görə də proqram və qaydalar hazırlanır".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.