Ölkə

Azərbaycanda bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək

18 May 2020 13:57
0 Şərh     Baxış: 1 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna dəyişikliklər edilir.

Bu dəyişikliyə əsasən, irsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanununa uyğun olaraq müəyyən edilir.

İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.