Ölkə

Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi dövründə nəzərdə tutulan məsələlər müzakirə edilib

18 May 2020 12:07
Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Energetika Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak və Energetika nazirinin müavini, Beynəlxalq Enerji Xartiyası Konfransının sədr müavini Samir Vəliyev arasında videokonfrans keçirilib.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, görüş 2020-ci ildə Azərbaycan Respublikasının Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi dövründə təşkilat qarşısında nəzərdə tutulan məsələlərin həlli məqsədilə təşkil edilib.

Videokonfransda 2020-ci ilin 16-17 dekabr tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılan "Hər kəs üçün enerji effektivliyi: İnnovasiyalar və İnvestisiyalar" mövzusunda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransının texniki təşkilati məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb. COVID-19 pandemiyasının təşkilatın 2020-ci il üzrə nəzərdə tutulan fəaliyyətinə təsiri qiymətləndirilərək, Beynəlxalq Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsinin hazırki vəziyyəti nəzərdən keçirilib, Modernizasiya, İcra, İdarəetmə və Strategiya qruplarının işinin təşkili, sənədlərinin təsdiqlənməsi və iclaslarının keçirilməsi məsələləri müzakirə edilib.

Videokonfransda Beynəlxalq Enerji Xartiyasının səlahiyyətli nümayəndələri və Energetika Nazirliyinin aidiyyəti struktur bölmələri də iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.