Ölkə

İsveçdə yaşayan azərbaycanlı koronavirusdan vəfat edib - FOTO

16 May 2020 18:33
1 Şərh     Baxış: 1 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçdə yaşayan azərbaycanlı Hüseynov Məhərrəm Ağamirzə oğlu  yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətinin sədri Nadir Hollenbrand bildirib.

Onun sözlərinə görə, Neftçalada anadan olan, 1959-cu il təvəllüdlü M. Hüseynov 15 ildir İsveçdə yaşayıb və bu ölkənin vətəndaşı olub.

"Məhərrəm Hüseynov İsveçdə tikinti biznesi ilə məşğul idi. Bir ay idi xəstəxanada koronavirusdan müalicə olunurdu. Ailəsi onun Azərbaycanda dəfn olunmağını istəyir. Bu səbəbdən həftənin bazar ertəsi ailəsi İsveçdəki Azərbaycan səfirliyinə müraciət edəcək", - deyə N. Hollenbrand qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.