Ölkə

Pandemiya dövründə Azərbaycanda 140 əkiz, 6 üçəm doğulub

15 May 2020 19:39
1 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya dövründə Azərbaycanda yeni doğulan 12566 uşaq qeydiyyata alınıb.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Uşaqlardan 6793-ü oğlan, 5773-ü qızdır. Eyni zamanda qeyd edilib ki, həmin müddətdə doğulan uşaqlardan 140-ı əkiz, 6-sı isə üçəmdir. 

Bildirilib ki, pandemiya dövründə Ədliyyə Nazirliyi fəaliyyətini xüsusi rejim qaydalarına uyğun davam etdirib, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunub, bu məqsədilə nazirliyin rəsmi saytının "Vətəndaşlar üçün əlaqə" və "İnteraktiv əlaqə" bölmələrinin funksionallığı artırılaraq elektron qaydada müraciət etmək imkanı yaradılıb, əhaliyə əsasən məsafədən xidmətlər göstərilməsi təmin edilib. 

Əhalinin bəzi vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına olan ehtiyacını nəzərə alaraq onlara yalnız təxirəsalınmaz hallarda qeydiyyat şöbələrinə müraciət etmələri, digər hallarda isə müvafiq xidmətlərdən elektron qaydada yararlanmağı tövsiyə olunub. Qeydiyyat şöbələrinə bilavasitə gəlmiş şəxslərə isə onların sağlamlığının qorunması məqsədilə müvafiq xidmətlər sosial izolyasiya tədbirləri nəzərə alınmaqla göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.