Ölkə

Bəzi şagirdlər peşə məktəblərinə imtahansız qəbul olunacaq

15 May 2020 14:29
0 Şərh     Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"X-XI siniflərdə peşə təmayüllü təhsil alan şagirdlər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə X-XI siniflərdə təhsil alan şagirdlər üçün peşə təmayüllü siniflər təşkil ediləcək. Burada mövcud əmək bazarı ehtiyacları nəzərə alınmaqla, müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək:

"Həmçinin şagirdlər peşə təhsili müəssisələrinin təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunacaqlar. Bu siniflərin məzunlarına tam orta təhsil haqqında attestatla yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat veriləcək və onlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.