Ölkə

Karantin rejimini pozanlara qarşı cərimələrin sərtləşdirilməsi təklif edilir

8 May 2020 11:59
0 Şərh     Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin rejimini pozanlara qarşı cərimələrin sərtləşdirilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələr edilə bilər:

"Biz Operativ Qərərgahla məsləhətləşərək İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müddəalar əlavələr edək ki, cəzalar sərtləşdirilsin".

M.Quliyev əlavə edib ki, qaydalara riayət etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər:

"Ona görə də hər kəs öz məsuliyyətini dərk etməlidir. Cənab Prezident dünən modul tipli xəstəxananın açılışında çıxış edərkən bu məsələyə toxundu və hər kəsi qaydalara əməl etməyə çağırdı. Hər kəs bu çağırışa əməl etməlidir".

Milli Məclisin spikeri Sahibə Qafarova isə bildirib ki, bütün deputatlar seçiciləri ilə görüş zamanı və digər yerlərdə koronavirusla bağlı mübarizə istiqamətində tövsiyələrini verməlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.