Ölkə

"Koronavirus xəstələrinin sayı çoxalarsa, karantin qaydalarının sərtləşdirilməsini təklif edəcəyik"

6 May 2020 18:01
2 Şərh     Baxış: 1 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əgər Azərbaycanda koronavirus xəstələrinin sayı kifayət qədər çoxalarsa, xəstəxanalarda xəstə yeri olmasa, karantin qaydalarının sərtləşdirilməsi təklifini verəcəyik. Amma bu qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək koronavirusa yoluxan uşaqlarda hər hansı ağırlaşma halı olmayıb: "Astara, Lənkəran, Cəlilabadda zaman-zaman müəyyən infeksiya ocaqları əmələ gəlib. Onlar aşkarlanaraq izolyasiya edilib. Gəncə də Azərbaycanın ikinci böyük şəhəridir, oraya giriş-çıxış kifayət qədər çoxdur. İlk yoluxma halları oraya idxalla gəlib, daha sonra yoluxma davam edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.