Ölkə

Azərbaycanda 10 mindən çox tibb işçisi əlavə artımlar alıb

6 May 2020 17:54
0 Şərh     Baxış: 1 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda 10 mindən çox tibb işçisi əlavə artımlar alıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, bəzi tibb işçiləri və tibb müəssisələrinin rəhbərləri əmək haqlarına əlavə artım məsələsini yanlış başa düşür: " Bir gün əlavə işə çıxanlar belə düşünür ki, onlara bir aylıq əlavə əmək haqqı olunacaq, amma bu belə deyil. Mart ayı üçün 9 483 tibb işçisi, 1 043 qeyri-tibb işçisinə əlavələr ödənilib. Bu da 6 milyon manatdan çox vəsait deməkdir. Hələ də bizə siyahılar daxil olur. 10 mindən çox tibb işçisi əlavə artımlar alıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.