Ölkə

Koronavirus xəstəsinin bir günlük müalicəsi üçün nə qədər vəsait xərclənir? - RƏSMİ

6 May 2020 17:44
0 Şərh     Baxış: 2 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bir koronavirus xəstəsinin bir günlük müalicəsi üçün 80-150 manat sərf edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən yüngül vəziyyətdə olan xəstələrin müalicəsi üçün təqribən 80, ağır vəziyyətdə olan xəstələrin müalicəsi üçün 150 manat xərclənir:

"Amma bu rəqəm xəstənin ağırlıq vəziyyətindən asılı olaraq dəyişir. Bu məbləğə həmin xəstənin yemək, tibbi ləvazimat xərcləri, xəstəni müalicə edən həkimlərin nəvacibləri və digər məsələlər daxildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.