Ölkə

Azərbaycanda nikaha daxil olmaq istəyən 39 nəfərdə İİV infeksiyası aşkarlanıb

6 May 2020 12:52
0 Şərh     Baxış: 2 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq 39 nəfərdə İİV infeksiyası aşkarlanıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliklə əlaqədar 01.06.2015-ci il tarixdən nikaha daxil olmaq istəyən şəxslərin mütləq tibbi müayinəsi aparılır. Bu müayinə çərçivəsində 2020-ci ilin I rübü ərzində 26 042 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Müayinə zamanı 39 qan nümunəsində İİV aşkarlanıb.

N.Zülfüqarov əlavə edib ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib.

Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 6012 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 166 nəfərinin müalicəsinə bu ilin I rübü ərzində başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.