Ölkə

Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib - FOTO

25 Aprel 2020 13:17
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu hərbi təhsil ocağının yaranmasının 49-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər hərbi təhsil ocağının yaranma tarixi, xüsusi qəhrəmanlıqları ilə seçilən məzunları və liseydə hazırda görülən işlər barədə danışıblar.

Sonda təhsildə fərqlənən kursantlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.