Ölkə

Azərbaycanda dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi və özəlləşdirilməsi ləğv edilir

24 Aprel 2020 15:09
Baxış: 1 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda dövlət mülkiyyətində olan bir sıra torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi ləğv edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Torpaq icarəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin torpaqları icarəyə verilən dövlət torpaqları siyahısından çıxarılır.

Həmçinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, fitosanitar nəzarəti xidmətləri dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə təsnifatından çıxarılır.

Təklif müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.