Ölkə

Ödənişli ictimai iş yerlərinin sayı 51 minə çatıb - FOTO

22 Aprel 2020 17:49
0 Şərh     Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır və bu iş yerlərinin sayı artıq 51 minə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ödənişli ictimai işlər günümüz üçün önəmli olan dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. istiqamətlərdə təşkil olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanılaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.