Ölkə

Avtoxuliqanlıq edən gənc həbs edildi - VİDEO - FOTO

21 Aprel 2020 18:07
0 Şərh     Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Kəlbəcər rayon sakini, Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi "ZAZ 968" markalı avtomobillə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi hərəkətləri videogörüntüyə alaraq müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

M.Mamedov barəsində Gəncə BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Mamedov 15 gün müddətə inzibati qaydada həbs edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.