Ölkə

Azərbaycana yük gətirən Ukrayna vətəndaşı Qazaxda öldü

16 Aprel 2020 15:39
0 Şərh     Baxış: 2 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycana gələn xarici ölkə vətəndaşı yolda dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Qazax rayonu ərazisində baş verib.

Ukraynadan Gürcüstan vasitəsilə Azərbaycana gələn Ukrayna vətəndaşı Andrey Plaksa idarə etdiyi yük avtomobili (TIR) ilə "Qırmızı körpü" sərhəd-keçid məntəqəsindən keçərək Qazax rayonunun II Şıxlı kəndi ərazisindəki dayanacaqda maşını saxlayıb.

Bir neçə saatdan sonra Andrey Plaksanın meyiti onunla birlikdə Ukraynadan gələn iş yoldaşı Aleksey Horbunov tərəfindən həmin yük avtomobilinin kabinəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.