Ölkə

Artilleriya bölmələri döyüş atışları icra edir - VİDEO - FOTO

14 Aprel 2020 16:32
0 Şərh     Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında artilleriya bölmələrinin döyüş atışlı məşqləri keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hazırlıq məşqlərinin məqsədi artilleriya bölmələrinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və onların döyüş uzlaşmasının səviyyəsinin artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri döyüş atışları icra edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ