Ölkə

Azərbaycanda boşanmadan imtina edənlərin sayı açıqlandı

13 Aprel 2020 14:33
0 Şərh     Baxış: 1 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-fevral ayında boşanmaq üçün müraciət edən və buna görə psixoloqla söhbətə cəlb edilən 602 nəfərin 126-sı boşanmaqdan imtina edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevral ayında 278 şəxs psixoloqla söhbətə cəlb olunub.

Nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevral ayında isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.

Nazirlikdən əlavə edilib ki, 2020-ci ilin ilk 3 ayında ölkədə 12311 nikah qeydə alınıb.

Bu ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb.

Bu il ərzində ölkədə 3940 boşanma halı baş verib.

2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1.467, fevral ayında 1.493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.