Ölkə

Deputat Sevil Mikayılova aztəminatlı ailələrə və tənha yaşayan şəxslərə ərzaq yardımı edib - FOTO

9 Aprel 2020 15:28
Baxış: 2 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilən Sevil Mikayılova aztəminatlı 60 ailəyə, eləcə də tənha yaşayan şəxslərə ərzaq yardımı edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ərzaq yardımı köməkçilər tərəfindən ailələrə çatdırılıb.

Eyni zamanda, seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verilib.

Qeyd edək ki, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin aparatı, İnzibati Ərazi Dairələri (İƏD) nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət ümumilikdə 101 qrup yaradılıb.

Xaçmaz Rayon İcra hakimiyyəti koronavirusla əlaqədar keçirilən tədbirlər çərçivəsində sakinlərə mütəmadi olaraq yardımlar göstərib. İcra hakimiyyətinin əməkdaşları aylıq vəzifə maaşlarının bir hissəsini fonda köçürüblər. Rayondakı iş adamları çağırışlara qoşulublar.

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna Trend Beynəlxalq İnformasiya Agentliyi 50 min, Day.az xəbər portalı 50 min manat vəsait köçürüb.

Bundan əlavə, deputat Sevil Mikayılova aylıq məvacibinin bir hissəsini fonda ianə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.