Ölkə

Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub

8 Aprel 2020 10:31
Baxış: 3 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin fevralında Azərbaycan bankları tərəfindən 20,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azdır.

Milli.Az xəbər verir ki, Trend bu barədə Azərbaycan Mərkəzi Bankının fevral ayı üzrə statistik bülleteninə istinadən məlumat verir.

Hesabata əsasən, fevral ayında banklar tərəfindən verilən kreditlərin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyon manat təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli bankları tərəfindən verilən ipoteka kreditlərinin orta aylıq məbləği fevral ayında 51 min manata (ötən ilin fevralında 49,5 min manat) bərabər olub ki, bu da Fondun fəaliyyəti müddətində qeydə alınan ən yüksək göstəricidir.

Kreditin verilməsinin ortalama müddəti 281 ay təşkil edib, bu göstərici 2019-cu ilin fevralı ilə müqayisədə dəyişməz qalıb. Orta illik faiz dərəcəsi 6,42 faiz (ötən il 6,53 faiz), orta aylıq ödəmə 356,8 manat (348,7 manat) təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.