Ölkə

Əfv olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinə yerləşdirilir

7 Aprel 2020 18:31
0 Şərh     Baxış: 1 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, onlar doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.