Ölkə

“Həkimlər koronavirusla mübarizədə ölsələr, şəhiddirlər” - Allahşükür Paşazadə

4 Aprel 2020 16:27
1 Şərh     Baxış: 1 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirusla mübarizə aparan həkimlərə mücahid deyərdim. Elə bil ki, onlar bizim qoşunlarımızdır". 

Milli.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə Real TV-yə müsahibəsi zamanı deyib.

A.Paşazadə bildirib ki, bu gün həkimlərimiz koronavirus kimi düşmənə qarşı mübarizə aparırlar:

"Deyərdim ki, həkimlər bu gün sərhəddədirlər, düşmənlə vuruşurlar. Koronavirusun qarşısını almaq üçün hansı insanlar zəhmət çəkirlərsə, başda həkimlər olmaqla, əgər dünyasını dəyişirsə, mən elə hesab edirəm ki, şəhiddirlər. Onlar bizim üçün canlarını qurban verirlər. Həkimlərin qədrini bilməliyik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.