Ölkə

Bu xüsusiyyət koronavirusun pandemik potensialını ciddiləşdirir

31 Mart 2020 16:57
0 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeydə alınmayan koronavirusa yoluxma hallarının payı COVID-19-un pandemik potensialını modullaşdıran təhlükəli epidemioloji xüsusiyyətidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Elmin İnkişafına Dəstək Assosiasiyasının tədqiqatında deyilir.

Tədqiqatın nəticələri göstərir ki, koronavirusa yoluxma hallarının mühüm hissəsi Çində yanvarın 23-dək səyahət məhdudiyyətlərinin və digər nəzarət tədbirlərinin tətbiq olunmasınadək qeydə alınmayıb. İnfeksiyanın sürətlə yayılmasında məhz bu qeydə alınmayan halların böyük rolu olub:

"Aldığımız nəticələr onu da göstərir ki, COVID-19 üzərində tam nəzarətin təmin olunması üçün hazırda qeydə alınmayan yoluxmaların üzə çıxarılması və təcrid olunması prosesi kəskin şəkildə genişlənməlidir. Xəbərlərdə daha çox işıqlandırma və əhalinin virus barədə maarifləndirilməsi respirator simptomlar zamanı tibbi yardım üçün müraciətlərin artmasına gətirib çıxarıb".

Müəyyən olunub ki, səyahətlərə məhdudiyyət qoyulması və digər nəzarət tədbirləri COVID-19-un yayılmasını əhəmiyyətli şəkildə azaldıb:

"Amma hələlik bu tədbirlərin xəstəliyinin yayılmasının aradan qaldırılması və təkrar epidemiyanın qarşısının alınmasında kifayət edib etməyəcəyi hələlik tam aydın deyil".

Mütəxəssislər onu da qeyd edir ki, yoluxma hallarının 86 faizinin qeydə alınmaması və qeydə alınmayan yoluxmaların 55 faizinin təhlükəli olması digər ölkələrdə nəzarət və qeydiyyat üsullarının dəyişdirilməsinə gətirib çıxaracaq:

"Tədqiqatın nəticələri SARS-CoV2 koronavirusunun pandemik potensialının ciddiliyini vurğulayır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.