Ölkə

Bakıda xüsusi karantin rejimini pozan 313 nəfər cəzalandı

31 Mart 2020 10:56
2 Şərh     Baxış: 3 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da 31 cinayətin üstü açılıb.

Onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş verən oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 8 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.