Ölkə

Səhiyyə Nazirliyi əhaliyə XƏBƏRDARLIQ ETDİ

30 Mart 2020 15:09
5 Şərh     Baxış: 5 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.