Psixoloq-konsultant: "Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda koronavirusla bağlı vəziyyətə nəzarət edilir, ölkəmizdə ona qarşı mübarizə aparmaq üçün kifayət qədər xəstəxana, həkim və avadanlıq var. Ona görə də insanların təlaşa düşməsinə lüzum yoxdur.
Milli.Az xəbər verir ki, bunu Trend-ə psixoloq-konsultant Mehriban Məmmədkərimova deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, insanlar ehtiyat tədbirlərinə riayət etməlidirlər.
Koronavirusun o qədər də təhlükəli olmadığını, ona əsasən, immuniteti zəif, xroniki xəstəliyi olan insanların, yaşlıların yoluxduğunu xüsusi vurğulayan psixoloq-konsultant yalnız bəzi xəstələrdə fəsadlaşma hallarının müşahidə edildiyini, insanların çoxunun koronavirusdan sağaldığını söyləyib:
"Ancaq bəzi insanlar özlərini o qədər qorxudurlar ki, hətta nəfəs almağa belə risk etmirlər. Nəzərə alın ki, bütün qorxularınız gələcəkdə sizin, eləcə də övladlarınızın sağlamlığında müəyyən fəsadlar yarada bilər. Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin. Tezliklə bu sınaqlar arxada qalacaq! Əgər biz vəziyyəti dəyişə bilmiriksə, onda hadisələrə olan münasibətimizi dəyişməliyik. Epidemiyaya görə yaranmış çətin vəziyyət hər kəsi məyus edir. Lakin biz pozitivə köklənməliyik".
M.Məmmədkərimova hesab edir ki, karantin tədbirləri insanların maddi vəziyyətini pisləşdirsə də, onun müsbət tərəfləri də var. İnsanlar indi doyunca yatmaq, istirahət etmək, doğmaları ilə vaxt keçirmək, uşaqları ilə oynamaq, kitab oxumaq, maraqlı filmlərə baxmaq və s. üçün kifayət qədər vaxt qazanıb.
Psixoloq Bakıda hazırda karantinə görə yaranmış vəziyyəti 40-50 il əvvəlki vəziyyətə də oxşadıb:
"Bakıda bugünkü vəziyyət Sovet İttifaqındakı həyatı xatırladır. 40-50 il əvvəl Bakıda ticarət mərkəzləri yox idi, küçələrdə, metro və avtobuslarda insanların sayı belə çox deyildi, bu qədər çox restoran və kafe yox idi. İnsanlar asudə vaxtlarında kitab oxumaqdan və televizora baxmaqdan həzz alırdılar. Biz indi karantin şəraitində 40-50 il əvvəlki dövrü yaşayırıq. İndi bizim sərəncamımızda əlavə olaraq, həm də internet var. Biz indi karantinin olmasına baxmayaraq, bütün dünya ilə ünsiyyət saxlamaq imkanına malikik. 30 il əvvəl bizdə belə imkan yox idi. Bunlar isə onu göstərir ki, əslində, vəziyyət o qədər də pis deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
XƏBƏR LENTİ
-
Bakıda Formula 2 üzrə ilk sıralama turuna start verilib
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı





