Ölkə

Mülayim şimal küləyi əsəcək, havanın temperaturu isə... - HAVA PROQNOZU

25 Mart 2020 13:36
2 Şərh     Baxış: 4 230

Martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq, Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi arabir güclənəcək, havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° isti, gündüz 5-10° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da hava yağmursuz olacaq, Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti, dağlarda gecə 4-6° isti, gündüz 8-13° isti olacaq.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    nur · 25 Mart 14:09140

    Çox isinsin hava qoy virus yox olub getsin amin.

    Cavab yaz
  • Anonim
    ____________________AyA____________________ · 25 Mart 14:5232

    Her vaxtniz xeyir dostlarki....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.