Ölkə

Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24 Mart 2020 16:09
Baxış: 1 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.000.000 (bir milyon) manat vəsait köçürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, nazirliyin rəhbər vəzifəli əməkdaşlarının aylıq təminat xərcliyinin 50 faizini, şəxsi heyət üçün nəzərdə tutulmuş mükafat və yardım hesabında toplanan vəsaitin bir hissəsini təşkil edən bu məbləğ Azərbaycan Respublikası Prezidentinin müvafiq təşəbbüsünə dəstək olaraq ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ianə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.