Ölkə

AzMİU-dan koronavirusla mübarizəyə dəstək

24 Mart 2020 17:30
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının virtual keçirilən iclasında universitetin hesabından COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürülməsi barədə qərar verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova iclasda ölkə prezidenti İlham Əliyevin yeni növ virusla mübarizədə atdığı preventiv və effektiv addımları yüksək qiymətləndirib, həyata keçirilən yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini xüsusi vurğulayıb. Rektor Şura üzvlərinə müraciətində hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb.

İclasın gedişatında rektor prorektorlara, kafedra müdirlərinə Universitetdə tədrisin onlayn rejimlərdə, elektron vasitələrlə təşkili ilə bağlı tapşırıqlar da verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.