Ölkə

Mədəniyyət Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməyə qərar verib

23 Mart 2020 17:29
Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməyə qərar verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Mərkəzi Aparatının əməkdaşları üçün 2020-ci ildə nəzərdə tutulan bir aylıq mükafat məbləği (100 000 manat həcmində) hər bir əməkdaşın razılığı ilə könüllü olaraq Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.