Ölkə

Peşə ixtisasları üzrə teledərslər BU TARİXDƏN başlayacaq

19 Mart 2020 13:04
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 29-da "Mədəniyyət" kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, həmçinin dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilib.

Sənayedə quraşdırma işləri, tikinti, avtomobil diaqnostikası və təmiri, avtomatika ixtisasları üzrə video dərslərin çəkilişi yekunlaşıb. Növbəti günlərdə digər peşə ixtisasları üzrə teledərslərin hazırlığı nəzərdə tutulur. Peşə ixtisasları üzrə "Dərs vaxtı" verilişinin cədvəli qısa zamanda açılanacaq.

"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.