Ölkə

Azərbaycanın Qətərdəki səfirliyində koronavirusla əlaqədar “qaynar xətt” yaradılıb

16 Mart 2020 14:31
0 Şərh     Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus (COVID-19) infeksiyasının dünyada, o cümlədən Qətər Dövlətində sürətlə yayılması tendensiyası nəzərə alınaraq, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində "qaynar xətt" yaradılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkəmizin Qətərdəki səfirliyindən xəbər verilib.

Bildirilib ki, səfirliyin rəsmi saytında, eləcə də sosial şəbəkələrdəki hesablarında bununla bağlı məlumat paylaşılıb.

Məlumatda qeyd olunub ki, Qətərdə yaşayan soydaşlarımızın koronavirusla əlaqədar müvafiq müraciətlərinin operativ cavablandırılması üçün +974 5028 9222 nömrəli "qaynar xətt" fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.