Ölkə

Koronavirusa yoluxan daha 3 Azərbaycan vətəndaşı sağaldı - Operativ qərargah

14 Mart 2020 12:15
Baxış: 3 587
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin yanında operativ qərargahdan Trend-ə daxil olan məlumatda bildirilib. Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir. Onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.