Ölkə

Kürdəmirdə "VAZ2106" piyadanı vurub öldürdü

14 Mart 2020 10:09
0 Şərh     Baxış: 1 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayon sakini 1972-ci il təvəllüdlü Dünyamalıyev Aqil Bəhlul oğlu idarə etdiyi "VAZ 2106" markalı 33 BR 117 dövlət nömrə nişanlı avtomobillə Kürdəmir rayonunda "köhnə bazar" adlanan ərazidə hərəkətdə olarkən yolu keçən Babayev Sahib Zöhrab oğlunu vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.