Ölkə

TƏBİB əhaliyə müraciət etdi

13 Mart 2020 12:21
Baxış: 7 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əhalini koronavirusla (COVİD-19) bağlı şayiələrin yayılmasına dəstək olmamağa çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Birlik əhalini ən son və doğru məlumatları rəsmi mənbələrdən almağa səsləyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ən son göstəricilərə görə virusdünyada 127 ölkədə qeydə alınıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir.

Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb.

Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.