Ölkə

Azərbaycan Universiteti elmi konfransı təxirə saldı

10 Mart 2020 15:14
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus (COVİD - 19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə 2 və 7 mart 2020 tarixli sərəncamlarına uyğun olaraq 13 mart 2020-ci il tarixində Azərbaycan Universitetində keçirilməsi nəzərdə tutulan "Gənc Tədqiqatçıların III respublika elmi-praktik konfransı"nın açılış mərasimi və bölmə iclasları təxirə salınır.

Milli.Az xəbər verir ki, Universitetdən Trend-ə verilən məlumata görə, iştirakçılar konfrans materiallarının çap olunduğu toplunu mart ayının 13-dən sonra Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edərək əldə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.