Ölkə

Lerikdə ev uçuldu - Ər öldü, arvadı ilə övladı yaralandı - YENİLƏNİB

7 Mart 2020 12:47
1 Şərh     Baxış: 3 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:47

Bu gün səhər saatlarında Lerikin Çayrud kəndində uçan evin üzərinə dağdakı qayalıqlar və böyük torpaq kütləsi düşüb.

Milli.Az bildirir ki, bunu Trend-ə Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, dağın yamacında 2014-cü ildə inşa edilən iki mərtəbəli evdə yaşayan 4 ailə üzvü dağılmış evin qalıqları altında qalıb:

"Evin ikinci mərtəbəsi tamamilə dağılıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Qalan 3 nəfəri xilas etmişik. Həmin şəxslər kiçik xəsarətlər alıblar, müayinə edilib evə buraxılıblar".

H.Məlikov uçan evin sürüşmə ərazisində tikilmədiyini də söyləyib:

"İndiyədək bu kənddə belə hal qeydə alınmayıb. Uçan evin yaxınlığında 1950-60-cı illərdə tikilən evlər də var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, nazirliyin mütəxəssisləri araşdırma və monitorinq aparmaq üçün rayona ezam olunublar.

---------

12:19

Lerik rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Çayrud kəndində qeydə alınıb.

Kənddə baş verən torpaq sürüşməsi nəticəsində kənd sakini, Arif Əlirzayevə məxsus ev dağılıb və nəticədə ailə başçısı Əlirzayev Arif dağıntılar altında qalaraq ölüb.

Ailənin digər üzvləri xəsarət alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.