Ölkə

Sel təhlükəli çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək

6 Mart 2020 09:56
0 Şərh     Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda sel və daşqın təhlükəli bəzi çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri məqsədilə 3 obyekt üzrə açıq tender elan edib.

Tədbirlərə uyğun olaraq, Xaçmaz rayonu ərazisində Qudyalçay, Ağçay və digər çaylarda, eləcə də Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri aparılacaq. Astara çayının məcrası 138-ci sərhəd nişanından 141-ci sərhəd nişanına kimi təmizlənəcək.

Ağcabədi rayonu ərazisində Qarqarçayda selə qarşı mübarizə tədbirləri həyata keçiriləcək.

İddiaçılar öz tender təkliflərini 14 aprelədək təqdim etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.