İH: Gəncədə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncədə güclü küləyin yol açdığı fəsadlar aradan qaldırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, təbiət hadisəsi nəticəsində 10-a yaxın çoxmənzilli binanın, habelə bir neçə fərdi yaşayış evinin dam örtükləri qismən və ya tamamən yararsız hala düşüb:
"Fevralın 25-i səhər saatlarında Gəncədə güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti nəticəsində şəhərin Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli, Azərbaycan Bayrağı, Dədə Qorqud küçələri və Gülüstan yaşayış massivində 10-a yaxın çoxmənzilli binanın, habelə Sədi küçəsi və Məhsəti qəsəbəsindəki bir neçə fərdi yaşayış evinin dam örtükləri qismən və ya tamamən yararsız hala düşüb. Güclü külək Yeni Gəncə yaşayış massivində 23 nömrəli uşaq bağçası - körpələr evinin də dam örtüyünü sıradan çıxarıb. Bunlarla yanaşı güclü külək nəticəsində sovrulan dam örtükləri ağac budaqlarının qırılmasına, elektrik naqillərinin qopmasına səbəb olub. Bu da elektrik enerjisinin verilişində fasilələr yaradıb. Bundan əlavə, şəhərin müxtəlif ərazilərində ağaclar aşıb".
İcra Hakimiyyətindən qeyd olunub ki, uçan dam örtükləri, habelə dam örtüyündən sürüşərək qəza vəziyyəti yaradan beton piltələr xüsusi texnikalar vasitəsilə götürülüb. Aşan ağaclar isə Gəncə Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən ərazilərdən yığışdırılıb:
"Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən küləyin fəsad törətdiyi yaşayış yerlərinə baxış keçirilib, akt tərtib olunub. Dəymiş ziyanın aradan qaldırılmasına köməklik göstərilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova və Fövqəladə Hallar Nazirliyinə məktub göndərilib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
-
Azərbaycanda hansı yağlara üstünlük verilir?
-
Cərimədən yayınmaq üçün bu üsula əl atdı - Cəzalandırıldı - (Video)
-
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Müavinət və təqaüd alanlara şad xəbər - Tarix bəlli oldu
XƏBƏR LENTİ
-
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
-
Azərbaycanda hansı yağlara üstünlük verilir?
-
Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib - (Video)
-
Cərimədən yayınmaq üçün bu üsula əl atdı - Cəzalandırıldı - (Video)
-
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Müavinət və təqaüd alanlara şad xəbər - Tarix bəlli oldu
-
Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb
-
Ağdaşda ər arvadını və oğlunu bıçaqladı
-
Səhər yeməyində bunu yeyin, qan şəkəriniz sabit qalsın
-
Tramp sentyabrda İrlandaya səfər edəcək
-
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
-
Magistraturanın boş qalan yerlərinə qəbul üçün ixtisas seçimi başlayıb
-
Pensiya və müavinət təyinatlarında yeni rəqəmlər
-
Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı
-
15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
-
Xırdalanda avtomobil yandı - (Video)
-
Qazaxda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
-
Dünya bazarlarında neft 1 dollardan çox ucuzlaşıb
-
ABŞ-ın 40 trilyon dollarlıq borcu: Böyük təhlükə yaxınlaşır
-
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
-
5 rayon və Bakının bu ərazilərində işıq kəsiləcək
-
Bakıda qadını avtomobil vurdu
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir





