Ölkə

Bakı və Rostov şəhərləri arasında birbaşa aviareys işə düşəcək

4 Mart 2020 15:38
0 Şərh     Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı və Rostov şəhərləri arasında birbaşa aviareys işə düşəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

O bildirib ki, bu gün Bakıda keçirilmiş "Azərbaycanda Rostov vilayəti günləri" biznes forumu çərçivəsində "Azimut" aviaşirkəti və "PAŞA Travel" arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən martın 30-da Rostovla Bakı arasında birbaşa aviareyslər başlayacaq.

Qubernatorun sözlərinə görə, Azərbaycanla Rostov vilayəti arasında birbaşa reyslərin açılması ikitərəfli əməkdaşlığın humanitar istiqamətlərinə də müsbət təsir göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.