Ölkə

Terrorçuluqla mübarizə güclənəcək - Fəaliyyət Planı

28 Fevral 2020 10:41
0 Şərh     Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bu il cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə qanunvericilik təkmilləşdiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.

Milli Fəaliyyət Planında qeyd edilir ki, bununla əlaqədar bu il ərzində koordinasiya mexanizmi yaradılacaq, müvafiq normativ hüquqi akt hazırlanacaq və qəbul ediləcək.

Bu işin icraçıları Nazirlər Kabineti, İqtisadiyyat və Ədliyyə nazirlikləri, Maliyyə Monitorinqi Xidməti olacaq.

Sənədə əsasən, bu il İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti tərəfindən risk qiymətləndirilməsinin keçirilməsi üçün zəruri olan metodologiya müəyyən ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.