Baş infeksionist: "Koronavirus qripin bir növüdür, insanların hesab etdiyi kimi təhlükəli xəstəlik deyil"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əslində, 2019-nCoV adlı koronavirus insanların hesab etdiyi kimi təhlükəli xəstəlik deyil. Bu xəstəlikdən ölüm halları qrip virusundan ölüm halları ilə müqayisədə daha az baş verir.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev əhali arasında xəstəliklə əlaqədar yaranan ajiota münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bütün dünyada koronavirusa yoluxanların 3,5 faizində ölüm baş verir ki, bu da digər qrip viruslarına yoluxma ilə müqayisədə daha azdır.
C.İsayev qeyd edib ki, xəstəliyə daha çox immuniteti zəif olan və yaşlı insanlar yoluxurlar. Xroniki, onkoloji, şüa müalicəsi alan insanlar koronavirusa yoluxduqda xəstəliyi daha ağır keçirirlər. Bu xəstəliyə yoluxanların 80 faizi yuxarı yaşlı insanlar olduğundan onlarda bu koronavirusun inkişaf etmə səviyyəsi yüksək olur: "Yaşlı insanlarda xroniki xəstəliklər çox olduğundan xəstəliyin ağır gedişatı baş verə bilər. Çox zaman ağır gedişatlı xəstəlik zamanı xəstədə ağciyər çatışmazlığı baş verir. Ağır gedişatlı xəstəliyin 16,6 faizində pnevmaniya baş verir".
C.İsayev bildirib ki, Azərbaycanda koronavirusa şübhəli xəstələr həkim müşahidəsi altında saxlanılsa da, koronavirusa yoluxma halı qeydə alınmayıb. Lakin buna baxmayaraq, Azərbaycan dünyadan təcrid olmadığı üçün bu epidemiyanın təsirinə məruz qala bilər.
Baş infeksionist Azərbaycana virusun gətirilməməsi üçün qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə çatdırıb.
C.İsayev əlavə edib ki, koronavirusa yoluxma çox sıx təmas zamanı baş verir.
Baş infeksionist deyib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur: "Bu zaman insanlarda zökəm əlamətləri - buruntutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Vətəndaşlar fərdi qaydada profilaktik tədbirlər görməli, gigiyenik qaydalara riayət etməlidirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
XƏBƏR LENTİ
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər





